KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının ...

28.11.2019

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xətai rayonu ərazisində keçirdikləri reydlər nəticəsində bir mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatı satması faktı aşkar edilmişdir. Həmin mağazanın satıcısı – Ə.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur. Bu istiqamətdə reydlər davam etdirilir.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da əcnəbi vətəndaş A.Prasolovun 2000 manatını bank hesabından çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nəsrəddinov saxlanılmışdır.

Noyabrın 28-də saat 3 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini E.Gözəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.  Yasamal RPİ tərəfindən araşdırma aparılır.