KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən ...

29.11.2019

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini R.Şiriyevin 93 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Orucov saxlanılmışdır. 

Noyabrın 29-da saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağarza Ağayev idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən paytaxt sakini E.Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə vurmuş, zərbədən “Khazar” markalı avtomobil yol ayrıcısına dəymişdir. Nəticədə A.Ağayev və sərnişini Rəşad Həsənov hadisə yerində ölmüşlər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.