KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun ...

30.11.2019

Noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetirmişlər. Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılmışlar. E.Babayevdən cinayətdə istifadə etdiyi  “Winchester” markalı tüfəng götürülmüşdür.

Noyabrın 28-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Kərimova vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılmışdır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisindəki marketlərin birindən 1560 manat və 680 manat dəyərində tütün məmulatları oğurlamaqda şübhəli bilinən S.Məmmədov saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən rayon ərazisində 3 evdən və həyətyanı sahələrdən ümumilikdə 190 manat və 8 ev quşu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Qasımov saxlanılmışdır.