KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in “102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı...

05.12.2019

DİN-in “102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilmişdir. Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan R.Tağıyev saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB və Əlahiddə Çevik Polis Alayı  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Mustafayev saxlanılmışdır. Onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilmişdir.