KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

06.12.2019

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhər sakinləri olan 8 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərli saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 3-də Bakı şəhər sakini T.İbrahimin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini B.İbrahimov saxlanılmışdır. 

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-dən 4-dək olan müddətdə rayon ərazisində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Yusifov saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də Bakı şəhər sakini E.Cəfərova məxsus “Hyundai” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Quliyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha iki avtomobildən də akkumulyator  oğurlaması müəyyən edilmişdir.