KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində...

07.12.2019

Dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Sahib Ələkbərovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilmişdir. Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin  126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanmışdır.  Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılmışdır.  Binəqədi RPİ-də araşdırma aparılır.