KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

09.12.2019

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılmışdır.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 1000 manat və bank kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 5 nəfər saxlanılmışlar.

Dekabrın 9-da saat 8 radələrində Xətai rayonu ərazisində Cəbrayıl rayon sakini T.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Könül Mehdiyevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Dekabrın 9-da saat 12 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Həmzəyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Tağıyevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulmuşdur. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilmişlər.
Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılmışdır.

Dekabrın 9-da saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Ramal Kazımovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səfərov saxlanılmışdır.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.