KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən...

08.12.2019

Oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən  aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilmişdir.

Dekabrın 8-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Ağdaş rayon sakini Şirin Baxşəliyev idarə etdiyi “Fiat” markalı avtomobili yolun kənarında dayanmış, Bakı şəhər sakini E.Kərimova məxsus “Mercedes” markalı  avtomobilə vurmuş və hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini olan bir qadının 8000 manat dəyərində qızl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini N.Əzizova saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.