KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ...

10.12.2019

Dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini T.Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurmuşdur. Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
 
Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində orada yaşayan A.Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən  Bakı şəhər sakini Tamella Fərhadovanı vurmuşdur. Nəticədə xcəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
 
Dekabrın 10-da saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini A.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurmuşdur. Nəticədə xcəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.