KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki...

12.12.2019

Dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərmişdir. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk etmişlər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilmişdir. Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilmişdir. Araşdırma aparılır.

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də rayon ərazisindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları,  habelə 200 manat və 100 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Allahverdiyev saxlanılmışdır.

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Ağayeva dekabrın 7-də rayon ərazisindəki parkların birində bir nəfərin onun mobil telefonunu və sənədlərini açıq talama yolu ilə oturacağın üzərindən götürüb qaçdığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar – E.Mirzəyev və C.Rəşid polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40.000 manat və bir uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılmışdır.