KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri ...

15.12.2019

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də rayon ərazisindəki marketlərin birindən içərisində 1800 manat olan seyfi və 1000 manat dəyərində tütün məmulatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülmüşdür.

Dekabrın 15-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Beyləqan rayon sakini A.Allahyarzadə metronun “28 May” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Hümmətov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 1900 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş N.İsmayılovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.