KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının ...

18.12.2019

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 12-də Biləcəri qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini C.Allahverdiyevin cibindən içərisində pulu və sənədləri olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Abdullayev saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də rayon ərazisindəki evlərin birindən 1000 ABŞ dolları, 1200 manat dəyərində xəz dəri, su aparatı və televizor oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş C.Kıpçatov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş R.Namazovun ətrafında Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 4 evdən təmir-tikinti alətləri,  pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən dekabrın 10-da rayon ərazisindəki evlərin birindən 900 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Sərdarlı saxlanılmışdır.