KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

19.12.2019

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da rayon ərazisindəki mağazaların birindən 36 ədəd spirtli içki oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini F.Həsənzadə saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş R.Ramazanovun ətrafında Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 6000 manat və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 36-cı PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Kərimova saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 333 qramdan artıq tiryək götürülmüşdür.