KRİMİNAL XRONİKA

Əsas səhifə

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran...

21.12.2019

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.Qaradağ rayonu ərazisində keçirilmiş reydlər nəticəsində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 588 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş A.Qəhrəmanovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Biləcəri qəsəbəsindəki evlərin birindən 330 manat dəyərində qol saatı və bir evdən isə 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilmişdir.