KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 36-PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ...

22.12.2019

Xətai RPİ 36-PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki ödəmə terminallarının birindən 1590 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Cəfərov saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də rayon ərazisindəki evlərin birindən 3200 manat və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Çərkəzov saxlanılmışdır.
 
Dekabrın 22-də saat 14 radələrində paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində Bakı şəhər sakini C.Vəliyev idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Y.Həşimovanı və onun azyaşlı qızı Nazlını vurmuşdur. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilmiş, uşaq orada ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.