KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminalistik Tədqiqatlar İdarəsi, Suraxanı RPİ 30-cu PŞ və Xəzər RPİ əməkdaşlarının keçirdikləri...

23.12.2019

Kriminalistik Tədqiqatlar İdarəsi, Suraxanı RPİ 30-cu PŞ və Xəzər RPİ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 evdən pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İbrahimov saxlanılmışdır.

Dekabrın 22-də saat 23 radələrində Bakı şəhər sakinləri Z.Muradov və İ.Babayevin güllə yarası ilə  xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş T.Nağıyev saxlanılmışdır. Cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapança ondan götürülmüşdür.Faktla əlaqədar cinayət işi başlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş A.Əliyevin ətrafında Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən pul, inşaat materialları, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də və 22-də rayon ərazisindəki marketlərin birindən 1400 manat  dəyərində elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdullayev saxlanılmışdır.
Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ödəmə terminallarının birindən 1590 manat oğurlamaqda şübhəli bilinən, qrupun digər üzvi Bakı şəhər sakini R.Şirinov müəyyən edilərək saxlanılmışdır.