KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini...

24.12.2019

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ağamedov dekabrın 24-də saat 6 radələrində M.Şərifli küçəsində bir nəfərin onun pulunu və mobil telefonunu zorla əlindən aldığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş X.Rzayev saxlanılmışdır.Nizami RPİ tərəfindən araşdırma aparılır.

Dekabrın 24-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Q.Məhərrəmov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini 9 yaşlı Əkbər Şirəliyevi vurmuş və nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 24-nə keçən gecə bir mağazadan 100 manat və tütün məmulatı, başqa bir mağazadan isə geyim əşyaları oğurlaması da müəyyən edilmişdir.

Səbail RPİ 8-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bayıl qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Qədirovun evindən 271 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.