KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış

26.12.2019

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də əcnəbi vətəndaşı aldadıb 2000 avro pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Qasımlı saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini B.Bayramovun “Mercedes” markalı avtomobilinin 4 təkərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.İsmayılov saxlanılmışdır.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılmışdır.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Əliyev dekabrın 26-da saat 17 radələrində S.S.Axundov küçəsində bir nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Kərimov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.