KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 27-də saat 8 radələrində Xətai rayonu ərazisində ...

27.12.2019

Dekabrın 27-də saat 8 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Xəyal Cəfərovun odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyitinin tapılması barədə Rayon Polis İdarəsinə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Mahmudov müəyyən edilərək saxlanılmışdır. Ondan cinayəti törədərkən istifadə etdiyi kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülmüşdür
 
Araşdırma aparılır.
 
Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov saxlanılmışdır. Onun torpağa basdırdığı nömrəsi paslanmış “AKM” markalı avtomat silahı, 50 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülmüşdür. 

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də rayon ərazisindəki mağazaların birindən 2000 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov və Yardımlı rayon sakini H.Dadaşov saxlanılmışlar.
A.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 675 manat oğurlaması da müəyyən edilmişdir.

Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Bakı şəhər sakini İ.Babayevdən 1073 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat götürülmüşdür və barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib olunmuşdur.