KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri ...

28.12.2019

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki şirkətlərin birindən 55 metr elektrik naqili, həmçinin 3 həyətyanı sahədən darvaza, su mühərriki və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki tibbi mərkəzlərin birindən 8059 manat pul oğurlamaqda şübhəli bilinən R.Dadaşzadə və Abşeron rayon sakini E.İbrahimov saxlanılmışlar.