KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında...

02.01.2020

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Paşayev saxlanılmışdır. Ondan  nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, habelə heroin aşkar edilərək götürülmüşdür.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini E.Rəhimovdan narkotik vasitə olan marixuana və 15 ədəd tramadol aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş B.Abdullayevin ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Əmircan qəsəbə qəbristanlığında məzarların ətrafına quraşdırılmış metal barmaqlıqları, 1 qarajdan 40 metr elektrik naqili, 5 həyətyanı sahədən su mühərriki, su qızdırıcısı, su sayğacı və inşaat materialları, 3 avtomobildən isə akkumulyator oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 2-də saat 23 radələrində Sabunçu rayonu H.Əliyev prospektində Gədəbəy rayon sakini R.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.