KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri ...

31.12.2019

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Mövlanovdan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd parton darağı və 3 ədəd patron götürülmüşdür. 

Bakı şəhər BPİ CAİ və Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 1-də Bakı şəhər sakini olan bir qadının pulunu və 7000 manat dəyərində qızıl əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini R.Musayev saxlanılmışdır. 

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 1600 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, ev sahibinin oğlu E.Orucov saxlanılmışdır. 

Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən Naxçıvanski küçəsində yerləşən məişət tullantıları atılan yerdən 1 ədəd nömrəsi silinmiş “Naqan” markalı tapança tapılmışdır. 

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 25-də Bakı şəhər sakini T.Müslümzadəyə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Paşazadə saxlanılmışdır.


Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən yanvarın 3-də R.Məmmədov küçəsində “BMW” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılmışdır.