KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri ...

01.01.2020

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin aprel-noyabr ayları ərzində rayonun Əmircan, Suraxanı və Bülbülə qəsəbələri ərazisində yerləşən neft quyusu, buruq və anbardan elektrik mühərriki, məişət əşyaları və təmir-tikinti alətləri, Ramana qəsəbəsinin ərazisində yol kənarındakı sahəyə quraşdırılmış 4200 manat dəyərində misdən hazırlanmış çətir altında olan uşaq fiquru, habelə 11 evdən kondisioner, kombi aparatı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev saxlanılmışdır.
 
Ötən il dekabrın 31-də Nəsimi rayonu ərazisində yerləşən parkların birində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini bir nəfərin 300 manat dəyərində qızıl boyunbağısını soyğunçuluq yolu ilə almışdır.
Nəsimi RPİ 22-ci PŞ və NBPİ DYNPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş S.Əhmədov, E.Maqdiyeva və E.Quliyev saxlanılmışlar.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2019-cu il dekabrın 31-nə keçən gecə rayon ərazisində yerləşən gözəllik salonlarının birindən 1 ədəd noutbuk oğurlaması da müəyyən edilmişdir. PŞ-yə ərizə ilə müraciət 31.12.19 tarixdə olmuşdur.

2019-cu il dekabrın 31-də Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Ramazanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Şəhriyar Cəfərovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 1-də orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 1-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Şirvan şəhər sakini S.Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə 45-50 yaşlı kişini vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 1-də saat 22 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini F.Səfərli idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Elnar Eynullayevi vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.