KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri ...

05.01.2020

Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılmış, onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 5-də rayon ərazisindəki gözəllik salonlarının birindən 900 manat oğurlaması da müəyyən edilmişdir.
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarmıtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkar edilərək götürülmüşdür.