KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 5-də saat 23 radələrində F.X.Xoyski küçəsində ...

06.01.2020

Yanvarın 5-də saat 23 radələrində F.X.Xoyski küçəsində “Toyota” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Baxşıyevi bıçaqla hədələməsi, “Mercedes” markalı avtomobilini təpiklə əzməsi, habelə idarə etdiyi nəqliyyat vasitəsi ilə T.Baxşıyevin avtomobilini vurub hadisə yerini tərk etməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olmuşdur. Dərhal Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən  aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 6-na keçən gecə rayon ərazisindəki gözəllik salonlarının birindən dırnaq aparatı, A.Cəfərovanın 80 manatını və C.İsgəndərovanın mobil telefonunu, planşetini və 4 ədəd ətirini oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilmişdir.Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, açar və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynzadə saxlanılmışdır.

Yanvarın 5-də saat 23 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bərdə rayon sakini S.Qocayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İlqar Mövsümovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 6-da orada ölmüşdür.Sabunçu RPİ tərəfindən araşdırma aparılır.