KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən ...

07.01.2020

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Nəbiyev yanvarın 7-də R.Rüstəmov küçəsində yerləşən ev alqı-satqısı ofisində paytaxt sakini Ə.Məmmədovun onu bıçaqla hədələyib 500 manatını və mobil telefonunu aldığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsinda quldurluğu törətməkdə şübhəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmışdır.Nizami RPİ tərəfindən araşdırma aparılır.
 
Yanvarın 7-də saat 19 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Abbasov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ofeliya Bağırovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Baş Cinayət Axtarışı İdarəsi, Bakı  ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 43-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 7500 manat və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salamov saxlanılmışdır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılmışdır.Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 5-də Bakı şəhər sakinləri Z.Əkbərov və Anar Tağıyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və A.Tağıyevin orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Araşdırmalarla onların həmin gün saat 1 radələrində E.Babayev küçəsində münaqişə zəminində bıçaqlanmaları müəyyən edilmişdir.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılmışlar.Faktla əlaqədar cinayət işi başlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.Əliyev saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də rayon ərazisindəki mağazaların birindən 1530 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdullayev saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisində 4 avtomobildən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Miriyev saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də paytaxt sakini Ə.Quliyevanın içərisində 500 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən R.Aslanov saxlanılmışdır.