KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 3-cü PB ...

08.01.2020

Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-da rayon ərazisindəki  mağazaların birindən 250 manat, 1 ədəd kompyuter, 2 ədəd fotoaparat və içərisində sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əsgərov saxlanılmışdır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 25-də rayon ərazisindəki kimyəvi təmizləmə obyektlərinin birindən 100 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılmışdır.

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gəlmiş 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14.000 manatı götürüb hadisə yerini tərk etmişlər. H.Babayev xəstəxanaya yerləşdirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışlar. Araşdırma aparılır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da rayon ərazisindəki mağazaların birindən 3000 manat və 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş E.Alıyev saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 650 manat və 8000 ABŞ dolları, habelə gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş X.Vəliyev saxlanılmışdır.