KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında ...

10.01.2020

Oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən  aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 4 həyətyanı sahələrdən elektrik naqili, 1 ədəd velosiped, 2 ədəd su çəni və digər məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. 

Binəqədi RPİ 6-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan 4 nəfəri aldadaraq mobil telefonlarını almaqda şübhəli bilinən Ağdaş rayon sakini E.Məmmədov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Mirzəyevin 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini E.Cəlilov saxlanılmışdır. 

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini S.Cəfərov dekabrın 3-də tanımadığı şəxsin onu silaha oxşar əşya ilə hədələyərək “Hyundai” markalı avtomobilini almasını bildirmişdir. Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Qısa müddətdə avtomobili quldurluq yolu ilə alan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Əsgərov idarə etdiyi “BMW” markalı avtomobillə birgə saxlanılmışdır. Araşdırmalarla onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilmişdir.