KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri ...

11.01.2020

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki mağazaların birindən 1020 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

Yasamal RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin götürülmüşdür. 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə onun evindən 14 kiloqram 595 qram marixuana aşkar edilərək götürülmüşdür.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 22-də rayon ərazisindəki evlərin birindən 760 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Quliyeva saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Ş.Məmmədovanın çantasından içərisində 400 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılmışdır.

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş N.Abakirova yanvarın 5-də hosteldə yaşadığı otaqdan mobil telefonunun və 2000 lirə pulunun oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən  Bakı şəhər sakini T.Mustafayev saxlanılmışdır.

Səbail RPİ-yə müraciət edən əcnəbi vətəndaş B.Yetimov 2017-ci ilin yanvar ayında bir nəfərin onu aldadaraq 5100 manatını aldığını bildirmişdir.8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Cəfərov müəyyən edilərək saxlanılmışdır.

Baş Cinayət Axtarışı İdarəsi,  Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da əcnəbi vətəndaş Z.Kotsevaya zor tətbiq edərək içərisində 120 manat və açar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılmışdır.
 
Yanvarın 10-da saat 23.30-da Nəsimi rayonunun Cavadxan küçəsində tənha olan azyaşlı qız ərazidə xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşlarının diqqətini cəlb etmiş və ona yaxınlaşmışlar.  Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini, 13 yaşlı A.Fikrətli olması müəyyən edilmiş və o, valideynlərinə təhvil verilmişdir.