KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən ...

13.01.2020

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş V.İsmayılov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.

Yanvarın 13-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 13-də saat 6 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 13-də saat 6 radələrində Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini R.Quliyevə məxsus “Mercedes” markalı evakuatora vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Nağıyev orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 həyətyanı sahədən 3 ev quşu və 1 ədəd qapı, 1 avtomobildən akkumulyator oğurlamaqda, habelə M.Seyidovun “Niva” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini M.Abdullayev 5 kiloqramdan artıq marixuananı satarkən saxlanılmışdır.