KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş R.Məmmədovun ətrafında ...

14.01.2020

Oğurluq etdiyinə görə tutulmuş R.Məmmədovun ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 həyətyanı sahədən su mühərriki və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən, qrupun digər üzvü S.Nəbiyev saxlanılmışdır.


Nəsimi RPİ 20-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 150 qram marixuana götürülmüşdür.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qubatov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana götürülmüşdür. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini Z.Həsənov saxlanılmışdır. Onun evindən 308 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.