KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini ...

15.01.2020

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Zeynalov yanvarın 15-də saat 18 radələrində M.Şərifzadə küçəsində bir nəfərin ona məxsus “Ford” markalı avtomobildən açıq talama yolu ilə mobil telefonunu apardığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.     
Araşdırma aparılır.

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilmişdir. B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.
 
Yanvarın 15-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Məmmədov idarə etdiyi “Moskviç” markalı avtomobili yolun kənarındakı ağaca vurmuş və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Y.Müşkiyevanın çantasından bank kartı və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş  V.Əliyev saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-dan 15-dək olan müddətdə rayon ərazisində 3 yük avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Sarıxanov və Kürdəmir rayon sakini H.Qasımov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların daha 5 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar -  B.Cabbarov və T.Həbiyev saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilmişdir.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları trəfindən yanvarın 3-də rayon ərazisindəki evlərin birindən 300 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Ə.Həsənov saxlanılmışdır.