KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ və Yasamal RPİ 27-ci PB əməkdaşlarının birgə keçirdikləri

21.01.2020

Bakı ŞBPİ və Yasamal RPİ 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da və 8-də V.Cəfərovun və S.Soltanovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Ələmov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 520 qramdan artıq heroin, 265 qrama yaxın metamfetamin və 508 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 394 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da rayon ərazisində 1 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılmışdır.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən 270 manat, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Abasov və N.Məmmədov saxlanılmışlar.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əhmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilərək götürülmüşdür.