KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 23-də saat 19 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində...

23.01.2020

Yanvarın 23-də saat 19 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Masallı rayon sakini Y.Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İbadət Mahmudovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Mustafayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 30-da rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Soyğunçuluq etdiyinə görə tutulmuş Ə.Göyüşovun ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 4900 manat və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.
 
Nakotik vasitə ilə tutulmuş T.Əhmədovun ətrafında Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Ümid qəsəbəsi ərazisində gizlətdiyi 2 kiloqram 590 qram heroin və 555 qram tiryək aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ-yə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı yük avtomobilinin qaçırıldığını bildirmişdir.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Quliyevin qardaşı, Beyləqan rayon sakini Ç.Quliyev saxlanılmışdır.