KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakini E.Həmidov Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edərək...

24.01.2020

Bakı şəhər sakini E.Həmidov Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirmişdir. Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılmışlar. Digər şəxsin tutulması üçün tədbirlər görülür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Səfərov yanvarın 14-də yaşadığı evə gəlmiş 2 nəfərin tanışının açıq talama yolu ilə oradan 218 manat pul aparmalarını bildirmişdir. Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Həziyev və Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Y.Məmmədov müəyyən edilərək saxlanılmışlar. Onlar törətdikləri cinayət əməlini etiraf etmişlər. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 23-də Binə qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Hüseynov və Ə.Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. Araşdırma aparılır.

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Sadıqovun 1000 manat pulunu oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini E.İsmayılov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini İ.Əsədliyə hədə-qorxu gəlib 1260 manat pulunu almaqda şübhəli bilinən Sumqayıt sakini N.Ağayev saxlanılmışdır.

Nəsimi RPİ  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 19-da 28 May küçəsindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən  Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kərimov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun digər bir mağazadan da noutbuk oğurlaması müəyyən edilmişdir.

Nəsimi RPİ  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron götürülmüşdür.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bağırova məxsus “TOFAŞ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən  Bakı şəhər sakini R.Qurbanov saxlanılmışdır.

Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini R.Hüseynovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini D.Rüstəmzadə saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Tinatiyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.Stepanov saxlanılmışdır.