KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini...

25.01.2020

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirmişdir.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılmışdır. Araşdırma aparılır.