KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

29.01.2020

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də rayon ərazisindəki evlərin birindən 800 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Yusibov saxlanılmışdır.

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Şahbəndiyeva yanvarın 27-də Salyan yolu küçəsində bir nəfərin ona zor tətbiq edərək içərisində 90 manat, sənəd və bank kartı olan çantasını aldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Rəcəbov müəyyən edilərək saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini R.Məlikov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.  Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 460 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-dən 24-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən 300 manat, maqnitofon, 3 ədəd səsgücləndirici, ərzaq məhsulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Novruzov saxlanılmışdır.