KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

01.02.2020

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisində “Fiat” markalı avtomobildən içərisində 5500 manat və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Cavadov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Qızıldaş qəsəbə sakini, əvəllər məhkum olunmuş Ç.Ağayev saxlanılmışdır. Onun evindən isə 794 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Z.Kərimovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülmüşdür.

Qaradağ RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakini M.Yüzbaşovun evindən 540 qram marixuana aşkar edilərək götürülmüşdür.