KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

06.02.2020

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində neft quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 10 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Orucov və S.Səfərov saxlanılmışlar.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan və bir avtomobildən pul, mobil telefon və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Pənahov saxlanılmışdır.

Bakı ŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  yanvarın 28-də Bülbül prospektində yerləşən marketlərin birində Bakı şəhər sakini T.Rüstəmovun içərisində 3 ədəd mobil telefon və bankomat kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini A.Rüstəmov saxlanılmışdır.