KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki...

08.02.2020

Xəzər RPİ  1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki anbarların birindən 3 ədəd qapı, 12 ədəd pəncərə çərçivəsi, 8 ədəd stul, 1 ədəd kombi və santexniki əşyalar oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri X.Rüstəmov və R.Paşayev saxlanılmışlar. 

Xəzər RPİ  1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki restoranların birindən 25 ədəd qapı, bar və santexnika aksesuarlarını sökürək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Hüseynov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun daha 1 həyətyanı sahədən və inşası başa çatmamış 1 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ş.Şükürovanın içərisində pulu və 2 ədəd bank kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Allahverdiyev saxlanılmışdır.