KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini...

09.02.2020

Fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş İ.Salayevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayevlə birgə, rayon ərazisindəki evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyən edilmişdir.