KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini...

10.02.2020

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyeva fevralın 4-də saat 21 radələrində Ö.F.Nemanzadə küçəsində 1 nəfərin ona zor tətbiq edərək içərisində 390 manat və sənədlər olan pulqabısını aldığını bildirmişdir. Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini B.Muradov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun kirayədə yaşadığı evdən narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülmüşdür.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon ərazisindəki bir qəbirin üzərində quraşdırılmış bürüncdən hazırlanmış lövhəni sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Yarıyev, əvvəllər məhkum olunmuşlar – H.Mustafayev və S.Vahabov saxlanılmışlar.

Fevralın 8-də saat 23 radələrində Bakı şəhər sakini Bəxtiyar Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən paytaxt sakini İ.Ağasənov saxlanılmışdır.