KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının daxil olmuş...

11.02.2020

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Orucov və qardaşı M.Orucov saxlanılmışlar.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini R.Abdullayevin evindən 440 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

Fevralın 11-də saat 13 radələrində Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini M.Novruzov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Raqub Yusifovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.