KRİMİNAL XRONİKA

Əsas səhifə

Hazırda inzibati həbsdə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş...

12.02.2020

Hazırda inzibati həbsdə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Novruzovun ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın ayının 26-da Bakıxanov qəsəbəsi ərazisində xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın çantasından içərisində 450 manat olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, maqnitofon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Qayıbxanov saxlanılmışdır.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki mağazaların birindən 200 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Əsgərov, S.Mustafayev və əvvəllər məhkum olunmuşlar - S.Ağayev və B.Əmirov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların  daha iki mağazadan 150 manat pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir.