KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

13.02.2020

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 3 ədəd velosiped və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mirzəyev saxlanılmışdır.
 
Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri R.Süleymanovun cibindən və R.Hüseynzadənin çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Dadaşov saxlanılmışdır. 
 
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Səlimzadə və Yevlax rayon sakini İ.İsgəndərzadə saxlanılmışlar.

Qaradağ RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini V.Zeynalov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 39 qrama yaxın, Masazır qəsəbəsində kirayədə yaşadığı evdən isə 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülmüşdür.

Qaradağ RPİ 10-cu PB və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 1500 manat dəyərində 15 ədəd çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, A.Süleymanov və əvvəllər məhkum olunmuş D.Səmədov saxlanılmışlar.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılovdan “Makarov” markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülmüşdür.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da paytaxt sakini N.Qurbanovun 200 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini E.Həsənov saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də F.Əliyevanın içərisində 350 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini D.Şabirzadə saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB və Şamaxı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Quliyevanın “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən T.Abbasov avtomobillə birlikdə Şamaxı rayonu ərazisində saxlanılmışdır.