KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında ...

22.02.2020

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Cəbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 320 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür. Davam etdirilən tədbirlərlə onun evindən 334 qramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 1960 manat, 6500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məlikov saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Z.Tağıyevin içərisində 500 manat, 100 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Qəmbərov saxlanılmışdır.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 12.000 manat, qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılmışdır.