KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən ...

25.02.2020

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini R.Əliyev fevralın 24-də Azadlıq prospektində “VAZ-21012” markalı avtomobilinə sərnişin qismində oturmuş 1 nəfərin ona zor tətbiq edib pulunu və mobil telefonunu aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova vurulmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev saxlanılmışdır.
Araşdırma aparılır.
 
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbəsindəki istinad divarlarının işıqlandırılması üçün istifadə edilmiş Bakı şəhər elektrik şəbəkəsinə məxsus 170 metr elektrik naqilini və 5 həyətyanı sahədən su qızdırıcısı, elektik naqili və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Cavadzadə saxlanılmışdır.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 55 metr elektrik naqili, 800 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Abdulmanafov və əvvəllər məhkum olunmuş S.Səmədov saxlanılmışlar.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki apteklərin birindən soyğunçuluq yolu ilə 2000 manat aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun Yasamal rayonu ərazisindəki digər bir aptekdən 2000 manat oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 2 mağazadan 343 manat və 7 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.