KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

29.02.2020

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində vətəndaşlara məxsus 9 avtomobildən və 2 evdən pul və məişət əşyaları oğurlamaqda, habelə S.İsmayılova qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Həsənov saxlanılmışdır.

Nərimanov RPİ əməkdaşlarının əldə olunmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İ.Bağırovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki evlərin birindən 550 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılmışlar. 

Oğurluq etdiyinə görə tutulmuş İ.Məmmədovun ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2 nəfərlə birgə rayon ərazisində vətəndaşlara məxsus 7 avtomobildən oğurluq etməsi də müəyyən edilmişdir.