KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 3-də saat 1 radələrində Nərimanov rayonunun ...

02.03.2020

Martın 3-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakinləri Namiq Dəmirovun idarə etdiyi “TOFAŞ” və Sadiq Qardaşxanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü hadisə yerində ölmüş, bir sərnişin xəstəxanaya yerləşdirilmişdir.

Martın 2-də saat 23 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini R.Burjunov idarə etdiyi “Subaru” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nəriman Nərimanovu və onun arvadını vurmuşdur. Nəticədə kişi hadisə yerində ölmüş, qadın xəstəxanaya yerləşdirilmişdir. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisində “Opel” markalı avtomobildən 100 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələsgərov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş E.Xəlilovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən kombi aparatı, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki iki evdən mobil telefon, su sayğacı, qızıl və geyim əşyaları, habelə N.Nərimanlının velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də xətt avtobusunda Bakı şəhər sakini M.Tarverdiyevin cibindən 1500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Məmmədov saxlanılmışdır.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Nardaran qəsəbəsi ərazisindən qəsəbə sakini A.Abışovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş B.Bayramov və borclu kimi axtarışda olan, əvvəllər məhkum olunmuş Ə.Qədirov avtomobillə birgə Sabunçu qəsəbəsi ərazisində saxlanılmışlar.