KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 3-də saat 21 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri...

03.03.2020

Martın 3-də saat 21 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Sahib Kərimovun idarə etdiyi “TOFAŞ” və M.Zahidovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “TOFAŞ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini N.Bayramov vəfat etmiş atasından qalmış nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 12 ədəd patronu könüllü olaraq Xətai RPİ-yə təhvil vermişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də rayon ərazisində 2 avtomobildən pul oğurlamaqda, 2 avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə saxlanılmışdır.